Accessibility links

Azərbaycanda koronavirusdan 15 nəfər vəfat edib


Yanvarın 16-da Azərbaycanda koronavirus infeksiyasına 402 yeni yoluxma faktı qeydə alınıb, 650 nəfər sağalıb, 15 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Azərbaycanda indiyədək ümumilikdə 226 951 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 214 423 nəfər müalicə olunaraq sağalıb, 2 998 nəfər vəfat edib, aktiv xəstə sayı 9530 nəfərdir. Son sutka ərzində 8 574, hazırkı dövrədək isə 2 311 417 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

2020-ci il dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirib. Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) aktivləşdirilib. Ticarət obyektləri, restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan yanvarın 18-dən sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılıb. Nazirlər Kabinetinin qərarına əsasən yanvarın 18-dən etibarən “SMS” ilə icazə ləğv edilib. Yanvarın 25-dən iri ticarət və iaşə obyektləri istisna olmaqla ticarət və xidmət sahələri açılacaq, şəhərlərarası və rayonlararası hərəkət bərpa ediləcək.

Fevralın 1-dən isə ictimai iaşə obyektlərində müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunacaq.

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət qüvvədə qalır. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG