Accessibility links

Azərbaycanda koronavirusdan 15 nəfər vəfat edib


Son sutkada Azərbaycanda koronavirusa yeni 2 993 yoluxma qeydə alınıb, 646 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, daha 15 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 368 002 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 338 925 nəfər müalicə olunaraq sağalıb, 5 153 nəfər vəfat edib, aktiv xəstə sayı 23 924 nəfərdir.

Ölkədə son sutka ərzində 15 376, hazırkı dövrədək isə 4 210 440 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Bu günə qədər ölkədə vurulan vaksinlərin ümumi sayı 5 794 232, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 419 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 294 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG