Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 501 yoluxma faktı qeydə alınıb, 1092 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 614 min 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 593 min 920 nəfər müalicə olunaraq sağalıb, 8 min 284 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 min 915 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 887, bu günə qədər isə ümumilikdə 5 milyon 808 min 380 test icra olunub.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 203 min 595, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 155 min 907, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 659 min 458 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 388 min 230 nəfər təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.