Accessibility links

Azərbaycanda koronavirusdan 16 nəfər vəfat edib


Azərbaycanda koronavirus infeksiyasına daha 1663 yoluxma faktı qeydə alınıb, 859 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 65 min 411 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 48 min 408 nəfər müalicə olunaraq sağalıb, 840 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 663 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 441 min 230 test aparılıb. Bugünkü test sayı isə 11 722-dır.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

Nazirlər Kabineti son zamanlar yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

Ölkə üzrə təhsil müəssislələrində tədris onlayn qaydada aprılır. Bakı metrosunun fəaliyyəti dayandırılıb.

Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə noyabrın 7-dən noyabrın 23-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində fəaliyyət dayandırılıb. Noyabrın 23-dək bu rayonlarda ictimai nəqliyyatın fəaliyyəti də bütövlükdə dayandırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG