Accessibility links

Azərbaycanda koronavirusdan 16 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 1427 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 328 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 311 198nnəfər müalicə olunaraq sağalıb, 4 742 nəfər vəfat edib, aktiv xəstə sayı 12 728 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7733, ötən müddət ərzində isə ümumilikdə 3 360 900 test aparılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 1 748 525, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 019 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 729 173 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG