Son sutkada Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 1851 yeni hal aşkar edilib, 402 nəfər sağalıb, 17 nəfər vəfat edib.
Bu barədə avqustun 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Ümumilikdə pandemiya başlayandan 369 853 nəfər yoluxub, o cümlədən 339 327 nəfər müalicə olunub, 5 170 nəfər vəfat edib. 25 356 aktiv xəstənin müalicəsi davam edir. Son sutka ərzində 9 695 test keçirilib.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Sutka ərzində 251 vaksin vurulub. İlk dozanı 206, ikinci dozanı 45 nəfər alıb. Peyvəndlərin ümumi sayı 5 794 483 dozadır. İlk dozanı 3 420 144, hər iki dozanı 2 374 339 nəfər alıb
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.