Accessibility links

Azərbaycanda koronavirusdan 18 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1406 yoluxma faktı qeydə alınıb, 1787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 594 min 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 562 min 786 nəfər müalicə olunaraq sağalıb, 7 min 947 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 261 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 869, bu günə qədər isə ümumilikdə 5 milyon 591 min 270 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 675 min 649, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 95 min 524, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 588 min 915 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 991 min 210 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG