Accessibility links

Azərbaycanda koronavirusdan 18 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 226 yeni yoluxma faktı qeydə alınıb, 1 649 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 604 480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 576 264 nəfər müalicə olunaraq sağalıb, 8 088 nəfər vəfat edib, aktiv xəstə sayı 20 128 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 280, ötən müddət ərzində isə ümumilikdə 5 677 746 test aparılıb.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 894 072, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 120 573, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617 224, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 156 275 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG