Accessibility links

Azərbaycanda koronavirusdan 19 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Martın 27-də Azərbaycanda koronavirusa daha 1690 yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 254 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3464 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 300 nəfərdir.

Ötən müddət ərzində 2 826 454 test aparılıb. Bugünkü test sayı isə 9670-dir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Hazırkı dövrədək koronavirus infeksiyasına qarşı yarım milyondan çox insan peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG