Accessibility links

Azərbaycanda koronavirusdan 23 nəfər vəfat edib


Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 058 yeni yoluxma faktı qeydə alınıb, 2 125 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 321 380 nəfər koronavirusa yoluxub. Onlardan 293 689 nəfər müalicə olunaraq sağalıb, 4 561 nəfər vəfat edib, aktiv xəstə sayı 23 130 nəfərdir.

Azərbaycanda son gün ərzində 8 777, hazırkı dövrədək isə 3 262 655 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 1 516 923, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 975 208, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 541 715 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Şərhlərə bax

XS
SM
MD
LG