Accessibility links

Azərbaycanda koronavirusdan 26 nəfər vəfat edib


Koronavirus-maska
Koronavirus-maska

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2132 yoluxma faktı qeydə alınıb, 1757 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 526 min 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 490 min 789 nəfər müalicə olunaraq sağalıb, 7 min 21 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 min 110 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 753, bu günə qədər isə ümumilikdə 5 milyon 169 min 788 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 9 milyon 567 min 956, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 190 min 492, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 377 min 464 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG