Accessibility links

Azərbaycanda koronavirusdan 27 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 3551 yoluxma faktı qeydə alınıb, 1196 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 388 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 344 min 603 nəfər müalicə olunaraq sağalıb, 5 min 279 nəfər vəfat edib. Aktiv xəstə sayı 38 min 555 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 982, bu günə qədər isə ümumilikdə 4 milyon 304 min 865 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 110 min 185, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 667 min 494, ikinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı isə 2 milyon 442 min 691 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVİD-19 pasportu tətbiq ediləcək. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG