Accessibility links

Azərbaycanda koronavirusdan 29 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 3069 yoluxma faktı qeydə alınıb, 1180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 391 min 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 345 min 783 nəfər müalicə olunaraq sağalıb, 5308 nəfər vəfat edib. Aktiv xəstə sayı 40 min 415 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 976, bu günə qədər isə ümumilikdə 4 milyon 319 min 841 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 170 376, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 713 143 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 457 233 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVİD-19 pasportu tətbiq ediləcək. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılacaq.

XS
SM
MD
LG