Accessibility links

Azərbaycanda koronavirusdan 33 nəfər vəfat edib


Azərbaycanda koronavirus infeksiyasından 1923 nəfər müalicə olunaraq sağalıb, 2 min 144 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 300 min 666 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 264 min 403 nəfər müalicə olunaraq sağalıb, 4 min 140 nəfər vəfat edib. Aktiv xəstə sayı 32 min 123 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 108 min 924 test aparılıb. Bugünkü test sayı isə 12 min 184-dür.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 1 milyon 337 min 361-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 889 min 216, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 448 min 145 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG