Accessibility links

Azərbaycanda koronavirusdan 33 nəfər vəfat edib


Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 2191 nəfər müalicə olunaraq sağalıb, 1809 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 309 min 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 274 min 766 nəfər müalicə olunaraq sağalıb, 4307 nəfər vəfat edib. Aktiv xəstə sayı 30716 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 164 min 974 test aparılıb. Bugünkü test sayı 11097-dir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 1 milyon 396 min 391-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 926 min 76, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 470 min 315 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG