Accessibility links

Azərbaycanda koronavirusdan 38 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada koronavirusa 2 676 yeni yoluxma qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 460 092 nəfərin koronavirusa yoluxması müəyyən olunub, 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 44 585 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Ölkədə bu günədək vurulan vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 507 038, ikinci mərhələ üzrə isə 3 102 902 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.

XS
SM
MD
LG