Accessibility links

Azərbaycanda koronavirusdan 42 nəfər vəfat edib


Koronavirus

Azərbaycanda COVID-19 infeksiyasına son sutkada 3310 yoluxma faktı qeydə alınıb, 2972 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 42 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 442 min 872 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 383 min 682 nəfər müalicə olunaraq sağalıb, 5842 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 min 348 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 614, bu günə qədər isə ümumilikdə 4 milyon 551 min 520 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında görə, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 235 min 274, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 358 min 794, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 876 min 480 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG