Accessibility links

Azərbaycanda koronavirusdan 5 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirus infeksiyasından daha 392 nəfər müalicə olunaraq sağalıb, 242 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 333 min 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 323 min 198 nəfər müalicə olunaraq sağalıb, 4896 nəfər vəfat edib. Aktiv xəstə sayı 5465 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 496 min 635 test aparılıb. Bugünkü test sayı isə 10254-dür.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 2 milyon 169 min 185-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 279 min 356, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 889 min 829 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

Amma həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərəcək.

Azərbaycanda COVID pasportu tətbiq olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG