Accessibility links

Azərbaycanda koronavirusdan iki nəfər ölüb


Koronavirus
Koronavirus

Aprelin 5-də Azərbaycanda kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir ki, 1931-ci il təvəllüdlü Azərbaycan vətəndaşı şəkərli diabet xəstəsi olub,1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

“Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb,” məlumatda deyilir.

Hazırda vəfat etmiş şəxslərin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Ümumilikdə ölkədə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

XS
SM
MD
LG