Accessibility links

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanlardan 2,6 dəfə çoxdur


Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İndiyədək Azərbaycanda ümumilikdə 328 159 nəfərin koronavirus infeksiyasına yoluxub, onlardan 309 771 nəfəri sağalıb, 4 726 nəfər vəfat edib, aktiv xəstə sayı 13 662 nəfərdir. Son sutka ərzində 7 155 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 1 milyon 727 min 510-na çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 14 min 495, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 713 min 15 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG