Accessibility links

Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı 595-ə çatıb


Koronavirus

Oktyabrın 3-də Azərbaycanda koronavirus infeksiyasından daha 137 nəfər sağalıb, 108 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Oktyabrın 3-nə olan COVİD-19 statistikası
Oktyabrın 3-nə olan COVİD-19 statistikası

Hazırkı dövrədək ölkədə 40 min 561 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 354 nəfər müalicə olunaraq sağalıb, 595 nəfər vəfat edib. Aktiv xəstə sayı 1612 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 132 min 327 test aparılıb. Bugünkü test sayı isə 5789-dur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi noyabrın 2-dək davam edəcək.

Şərhlərə bax

XS
SM
MD
LG