Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 825 yoluxma faktı qeydə alınıb, 1283 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 574 min 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 min 494 nəfər müalicə olunaraq sağalıb, 7 min 657 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 648 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 199, bu günə qədər isə ümumilikdə 5 milyon 449 min 379 test icra olunub.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günədək vurulan vaksinlərin ümumi sayı 10 milyon 292 min 495, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 50 min 605, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 524 min 851 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 717 min 39 nəfər təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.