Accessibility links

Azərbaycanda koronavirusa yoluxan iki nəfər vəfat edib


Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 84 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19-dan 2 ölüm faktı qeydə alınıb.

İndiyədək Azərbaycanda ümumilikdə 335625 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329794 nəfər müalicə olunaraq sağalıb, 4965 nəfər vəfat edib, aktiv xəstə sayı 866 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7948, ötən müddət ərzində isə ümumilikdə 3698172 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 80 min 340-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 993 min 612, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 82 min 728 nəfərdir.Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərərin keçirilməsinə icazə veriləcək.

Azərbaycanda COVID pasportu tətbiq olunur.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG