Accessibility links

Azərbaycanda korrupsiyanın səviyyəsini necə azaltmalı?


Transparency International​ beynəlxalq şəffaflıq təşkilatının dərc etdiyi 2018-ci il Korrupsiya Qavrama İndeksi hesabatında Azərbaycan 30 pillə geriləyərək, 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb.

Təşkilatın öncəki illər ərzində dərc etdiyi hesabatlarda Azərbaycan dünya ölkələri arasında 122-ci (2017), 123-cü (2016) və 119-cu (2015) yerdə idi. Azərbaycan rəsmiləri hesabata hələlik münasibət açıqlamayıb.

2018-ci il Korrupsiya Qavrama İndeksində postsovet ölkələrinin nəticələri
2018-ci il Korrupsiya Qavrama İndeksində postsovet ölkələrinin nəticələri

Amerikanın Səsi "Azərbaycanda korrupsiyanın səviyyəsinin aşağı salınması üçün hansı islahatlara ehtiyac duyulur?" sualı ilə siyasi qurumların rəhbərlərinə müraciət edib.

Cəmil Həsənli: “Azərbaycanda korrupsiya şəbəkələşib”

Cəmil Həsənli: “Azərbaycanda korrupsiya şəbəkələşib”
please wait

No media source currently available

0:00 0:00:21 0:00

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli hesab edir ki, Azərbaycanda korrupsiyanın səviyyəsinin azaldılması üçün "bu hökumət getməlidir."

“Ayrı çarə yoxdur. Çünki bunların bütün fəaliyyəti korrupsiya üzərində qurulub. Azərbaycanda korrupsiya şəbəkələşib, idarəçilik formasına çevrilib. Korrupsiyanın başında İlham Əliyev dayanır”, o qeyd edib.

Arif Hacılı: “Radikal dəyişikliklərə ehtiyac var”

Arif Hacılı: “Radikal dəyişikliklərə ehtiyac var”
please wait

No media source currently available

0:00 0:00:42 0:00

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab ki, Azərbaycanda iqtisadi sistem korrupsiya üzərində qurulub.

“Həlledici, əsaslı iqtisadi islahatlar olmadan, ölkədə bərabər hüquqlu imkanlar üçün şərait yaradılmadan, azad məhkəmə sistemi olmadan korrupsiyanın qarşısını tam şəkildə almaq mümkün deyil. İndiki şəraitdə, hakimiyyətin özünün siyasətinin korrupsiya üzərində qurulduğu bir məqamda korrupsiyanın miqyasını nəinki həlledici şəkildə, heç az miqdarda da azaltmaq mümkün deyil. Bunun üçün radikal, fundamental dəyişikliklərə ehtiyac var” , o Amerikanın Səsinə bildirib.

Zahid Oruc: “İnsanlarımızın dövlət başçısının irəli sürdüyü bu layihələrə, strategiyaya yaxından dəstək göstərməsi nəticə verəcək.​”

Zahid Oruc: “Dövlət başçısının korrupsiyanı minumuma endirəcək iradəsi var”
please wait

No media source currently available

0:00 0:05:52 0:00

Milli Məclisin deputatı, prezidentliyə keçmiş namizəd Zahid Oruc hesab edir ki, 2015-ci ildən bu yöndə atılan addımlar prezident İlham Əliyev idarəçiliyinin ən mühüm dövrü kimi xarakterizə oluna bilər.

Korrupsiyaya qarşı mübarizə yalnız birinci şəxsin iradəsi ilə bağlı deyil. Bunu hamı istəməlidir.
Zahid Oruc, Milli Məclisin deputatı

“İlk növbədə sistemli tədbirlərin həyata keçirilməsi yönündə atılan addımlar hakimiyyətin bütün qollarını əhatə etməkdədir və islahatların miqyası əvvəlki illərdən daha çoxdur. Korrupsiyanı yaradan özünəməxsus səbəblər var. Bir çox hallarda bu insan amili ilə bağlı deyil. Qanunvericiliyin vəziyyəti və daha artıq dövlət strukturlarının mövcud olması, funksional qarışıqlıq və yaxud birokratizmin çoxluğu, keçmiş SSR-dən qalan hallardakı müəyyən miras və s. Bunlar aşağı-yuxarı bütün SSR ölkələrində demək olar ki, eynidir. Buna qarşı mübarizə yalnız birinci şəxsin iradəsi ilə bağlı deyil. Belə demək mümkündürsə, hamı istəməlidir. Siyasi institutların əksəriyyəti burada aktiv rol oynamalıdır. Partiyalar, hərəkatlar, o cümlədən media və s. Əks halda o mübarizə həddən artıq çətin olacaq. Bir sıra hallarda korrupsiya qurşanan qüvvələrin özü bu və ya digər qeyd etdiyimiz qurumları və yaxud medianı ələ alaraq özü üçün müdafiə çətiri düzəldəcək. Mübarizə bir qədər də çətinləşmiş olacaq.”

Onun firkincə, dövlət başçısının korrupsiyanı idarəçilik sistemində minumuma endirilməsini həyata keçirəcək iradəsi var: "Hesab edirəm ki, insanlarımızın dövlət başçısının irəli sürdüyü bu layihələrə, strategiyaya yaxından dəstək göstərməsi nəticə verəcək."

Natiq Cəfərli: “Siyasi iradə olmadığından korrupsiyaya qarşı mübarizədə ciddi irəliləyiş yoxdur”

Natiq Cəfərli: “Siyasi iradə olmadığından korrupsiyaya qarşı mübarizədə ciddi irəliləyiş yoxdur”
please wait

No media source currently available

0:00 0:02:22 0:00

REAL Partiyasının icra katibi Natiq Cəfərli hesab edir ki, korrupsiyanın səviyyəsinin aşağı salınması azad və ədalətli məhkəmə sistemindən, azad və sərbəst fəaliyyət göstərən mətbuatdan, güclü vətəndaş cəmiyyətindən və siyasi iradədən asılıdır.

Korrupsiyanın səviyyəsinin aşağı salınması azad və ədalətli məhkəmə sistemindən, azad və sərbəst fəaliyyət göstərən mətbuatdan, güclü vətəndaş cəmiyyətindən və siyasi iradədən asılıdır.
Natiq Cəfərli, REAL Partiyasının icra katibi

“Azad və sərbəst media korrupsiyanın səviyyəsinin azaldırlmasında çox ciddi rol oynayır. Dövlət bunda maraqlıdırsa, mətbuat nəzarətçi funksiyasını yerinə yetirdikdən sonra meidada diqqətə gətirilən korrupsiya faktları ilə bağlı hərəkətə keçir, ciddi araşdırmalar aparır. Azad və ədalətli məhkəmə sistemi isə ona görə vacibdir ki, korrupsiya faktları ortaya çıxdıqdan sonra ciddi cəzalandırma mexanizmi işlək olur və o zaman korrupsiyadan çəkindirici əsas faktorlardan birinə çevrilir. Bütün bunların olması üçün güclü vətəndaş cəmiyyətinə də ciddi ehtiyac var. Çünki vətəndaş cəmiyyəti monitorinqlər apararaq normal çalışmaq istəyən hökumətlər üçün pulsuz konsaltinq rolunu oynayır. Bunlarla yanaşı, hökumətin də siyasi iradəsi olarsa ciddi uğurlar əldə etmək olar.”

Onun fikrincə, korrupsiyaya qarşı mübarizədə uğur qazanan dövlətlərin əksəriyyəti bu amilləri qabartdıqdan sonra uğura imza atıb.

“İstər qonşu Gürcüstan olsun və yaxud keçmiş postsovet ölkələri Latviya, Litva, Estoniya olsun. Bu dövlətlərin hamısı korrupsiyanın kökünü kəsmək üçün eyni mexanizmdən istifadə edib. Azərbaycanda isə siyasi iradə olmadığına görə bu sahədə ciddi irəliləyiş əldə etmək mümkün olmayıb” , o Amerikanın Səsinə bildirib.

Qubad İbadoğlu: "Korrupsiya ilə mübarizə milli təhlükəsizlik məsələsi qədər önəmlidir​"

İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, Transparency International beynəlxalq şəffaflıq təşkilatının son hesabatından sonra dövlətin nüfuzunu qorumaq üçün Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir.

“Çünki bundan böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq, hamımızı xəcalətli edəcək.

Korrupsiyaya dair hesabata görə əslində Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə eyni balla 152-156-cı yerləri bölüşdürür. Bu sürət davam edərsə, Azərbaycan gələn il nəinki Zimbabveni, İraqı və Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya da çatar, Somalinin əlindən “birinciliyi” də ala bilər.”

Ekspertin qənaətincə, Azərbaycanda baş verən hətta adını çəkdiyi ölkələrdə baş versəydi, hökümət istefaya gedərdi.

“Odur ki, dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı,ya da istefaya göndərilməlidir. Çünki korrupsiya ilə mübarizə milli təhlükəsizlik məsələsi qədər önəmlidir, korrupsiya nərdivanında bir ildə ən azı 30 pillə qalxmaqdan böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq və hamımızı xəcalətli edəcək,” İbadoğlu Facebook səhifəsində yazıb.

Ülvi Həsənli: "Böyük bir proqrama, struktur islahatlarına ehtiyac yoxdur. Hökumət başçısı siyasi iradə ortaya qoymalıdır"

Ülvi Həsənli: "Hökumətin başçısı ciddi siyasi iradə ortaya qoymalıdır və korrupsiya yığışdırılmalıdır"
please wait

No media source currently available

0:00 0:01:34 0:00

NİDA Vətəndaş Hrəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənlinin fikrincə, ölkədə korrupsiyanın səviyyəsini aşağı salmaq üçün siyasi iradə lazımdır.

“Bunun üçün İlham Əliyev əməli tapşırıq verməlidir və tapşırığının icrasına nəzarət etməlidir. Bununla bağlı 2011-ci ildə “ərəb baharı” zamanı İlham Əliyev belə tapşırıq verib. Həmin ilin aprelində Əliyev belə tapşırıq verdi və üç ay hökumət qurumlarında rüşvət yığışdırıldı. Amma sistem korrupsiya üzərində qurulduğuna görə, bu, işləmədi. Korrupsiyadan bəhrələnən kifayət qədər dövlət məmuru bundan narazı olduğuna görə və hökumətin də maraqlarına görə məsələ yenidən bərpa olundu. Bunun üçün əslində böyük bir proqrama, struktur islahatlarına ehtiyac yoxdur. Yəni, hökumətin başçısı ciddi siyasi iradə ortaya qoymalıdır və korrupsiya yığışdırılmalıdır. Necə ki, Gürcüstanda 2003-cü ildə Saakaşvili hökuməti, Ermənistanda da son hökumət dəyişikliyindən sonra korrupsiya məsələsi çox ciddi şəkildə həll olunub” , Həsənli Amerikanın Səsinə deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG