Accessibility links

Azərbaycanda lük Formula-1-ə mane olub


Corc Rassellin bolidi
Corc Rassellin bolidi

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin bolidinin alt hissəsi drenaj lükünə ilişib və zədələnib. Qəza nəticəsində sürücü yürüşü dayandırıb.

Bundan sonra Corc Rassellin bolidini aparan evakuasiya avtomobilinin kranı yerüsütü piyada keçidinə ilişib. Nəticədə keçid zədələnib və kran qrılıb. Krandan axan yağ bolidin üzərinə tökülüb. Əraziyə ikinci evakuasiya avtomobili gəlib. Yekunda Rasselin bolidini boksa gətirmək mümkün olub.

Report agentliyi bildirir ki, bundan sonra Beynəlxalq Avtomobil Federasiyası Bakı trekində bütün drenaj lüklərini yoxlamağı qərara alıb. Trek boyunca lüklərin sayının 300-dən çox olduğu bildirilir.

GAentlik sərbəst yürüşün ləğv edildiyini yazıb.

"Williams" komandası rəhbərinin müavini Kler Uilyams deyib ki, Bakı Şəhər Halqasındakı drenaj lükunun Corc Rassellin bolidini ciddi zədələməsi "qəbuledilməzdir".

"Halqa drenaj lüklarının hamısının möhkəmləndirilməsindən əmin olmalıdır. Formula-1 trekində belə bir şey baş verməməlidir", o qeyd edib.

"Məncə, xeyli ziyan dəyib. Televiziyadan da görə bilərsiniz, bolidin aşağı hissəsini tamamilə dağıdıb", Uilyams məsələni yarış nəzarətçiləri qarşısında qaldıracağını deyib.

Belə bir qəza "Williams" komandasının başına ilk dəfə deyil gəlir. 2016-cı ildə ilk Qran-prinin yekun məşqi zamanı "Williams"ın pilotu Valtteri Bottasın bolidi yerindən çıxmış lüka dəyərək zədələnmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG