Accessibility links

Azərbaycanda "Lider" TV və daha 3 telekanalın yayımı dayanıdırılır


“Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilib
“Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilib

Azərbaycanda Lider TV-nin və digər 3 telekanalın yayımı Milli Televiziya və Radio Şurasının qərarları ilə dayanıdırılır.

Bu barədə Milli Televiziya və Radio Şurasının mayın 24-də keçirilən iclasında qərar verilib.

Lider TV-nin yayımı iyunun 1-dən dayandırılacaq, lisenziyasına xitam verilib.

Bu qərar "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq verilib.

İclasda, həmçinin, "Kaspi Global" MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini, "Mingəçevir" Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və "Alternativ Tele-Radio" MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün həyata keçirilmədiyini nəzərə alaraq bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Ötən ilin iyununda Bakı Kommersiya Məhkəməsində “Lider TV və Radio-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyət müflis elan edilib.

Məhkəmə Rabitə Nazirliyinin "Peyk Rabitəsi" İstehsalat Birliyinin "Lider TV və Radio - Azərbaycan" MMC-yə qarşı iddiasını təmin edərək, teleşirkəti müflis elan edib.

Məhkəmə "Teleradio" İB-nin texniki direktoru Mikayıl Abbasovu əmlak inzibatçısı təyin edib.

"Teleradio” İstehsalat Birliyi iddia ərizəsində göstərib ki, “Lider TV və Radio-Azərbaycan” MMC müqavilə öhdəliklərinə əməl edə bilmir. Ona görə də müflis elan edilməlidir. Əmlak inzibatçısının təyin olunmasına gəlincə, şirkətin mülkiyyətində olan əmlak qiymətləndiriləcək və öhdəliklərin icrasına yönəldiləcək.

Ekpertlər deyir ki, son illər şirkətin ciddi maliyyə çətinlikləri yaranıb və şirkət əməkdaşlarının maaşları ödənilməməyə başlayıb. Bundan başqa, şirkət Rabitə Nazirliyinin qurumlarına yerüstü və peyk yayımına görə ödəniş edə bilməyib və böyük məbləğdə borcu yaranıb.

"Lider” telekanalı 2000-ci ilin sentyabrından efirdədir. Lakin “Lider TV və Radio-Azərbaycan” MMC bundan öncə - 1999-cu ildə təsis olunub.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə deyib ki, bu televiziyanın müflis olma səbəbi, əslində tək o televiziya deyil, bütün televiziyaların Azərbaycanda doğru fəaliyyət ilə məşğul olmamasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG