Accessibility links

Azərbaycanda məktəblər fevralın 1-dən başlayaraq açılacaq


Azərbaycanda rusdilli məktəblər
Azərbaycanda rusdilli məktəblər

“Fevralın 1-dən ölkənin bütün ərazisində məktəblər açılır, ibtidai sinif şagirdləri və məktəbə hazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir”.

Bu barədə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

"İri şəhərlərdə tədris həftədə 3 dəfə, digər rayonlarda həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq," nazir deyib.

Onun sözlərinə görə, sonrakı iki həftədə V-IX siniflərdə, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir, amma bu, yoluxmadan asılıdır.

“Metronun fəaliyyəti hələ də bərpa edilməyib, növbəti mərhələdə belə qərar olarsa, V-IX siniflər də açıla bilər. Hazırda bütün inzibati ərazilərdə heç olmasa gün ərzində 1 yoluxma belə var. Daha az yoluxma olarsa, bölgələrdə daha sürətli açılma ola bilər. Növbəti həftələrdə - yəqin ki, fevralın 8-i və 15-i mümkün qədər açılış ola bilər, məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formatda əyani təhsilə qaytarmaqdır. Tələsik açıb, tələsik bağlamaq istəmirik,” nazir qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur.

XS
SM
MD
LG