Nazirlər Kabinetinin sərəncamına əsasən koronavirusa yoluxma hallarının qarşısının alınması və bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi məqsədilə martın 10-dan 20-dək bütün məktəblərdə tədris prosesi dayandırılıb. Daha sonra Azərbaycanda Novruz bayramı ilə bağlı tətil başladığı üçün məktəblilər və tələbələr daha 7 gün evdə qalacaqlar. İlk tədris günü martın 27-si müəyyən edilir.
Daha öncə martın 3-dən 9-dək təhsil müəssisələrində tətil elan edilmişdi.
Azərbaycanda teatrlar, mədəniyyət ocaqları da martın 27-dək fəaliyyətini dayandırıb, bayram günlərində tamaşa və şənliklər olmayacaq.
Bu günə qədər Azərbaycanda 9 koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Xəstəliyə yoluxanlar hamısı İrandan gəliblər. Karantinə yerləşdirilmiş 500 şəxsin əksəriyyəti də son həftələrdə İrandan gəliblər.