Accessibility links

Azərbaycanda maskadan istifadənin ləğvi, toy və digər mərasimlərin təşkili ilə bağlı qaydalar hazırlanır - TƏBİB


Yaqut Qarayeva-Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri

Nazirlər Kabineti yanında Operativ Qəraragah tərəfindən ölkədə epidemioloji vəziyyət dəyərləndirilərək yumşaldılma tədbirləri barədə müzakirələr aparılır.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevanın sözlərinə görə, açıq havada fiziki məsafə qorumaq şərtilə maskadan istifadənin ləğvi, habelə toy və digər mərasimlərin təşkili ilə bağlı qaydalar hazırlanır. Yaxın vaxtlarda həmin qaydaların açıqlanması nəzərdə tutulur.

Onun sözlərinə görə, bu yaxınlarda qərarlar elan olunacaq:

“Açıq havada və insanların fiziki məsafəni saxladığı şərtdə maskaların ləğv olunması elan oluna bilər. Amma, rəsmi açıqlamaları gözləmək lazımdır. Mən həkim olaraq düşüncələrimi bölüşürəm. Ümumiyyətlə vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimiz hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır. Bir ildir deyirik ki, normal həyatın anlayışı dəyişəcək”.

Eyni zamanda Qarayeva çimərlik və vaksinlərlə bağlı da açıqlama verib.

"Vaksinasiya olunan insanların sayı artdıqca normal həyata qayıda bilərik. Çimərliklə bağlı isə onu deyə bilərəm ki, qaydaları biz tənzimləmirik. Bu istiqamətdə müzakirələr gedir. Biz sadəcə həkim olaraq tibbi cəhətdən qiymət verə bilərik," o qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG