Accessibility links

Azərbaycanda meşə yanğınları davam edir


Qəbələdə meşə yanğını davam edir
Qəbələdə meşə yanğını davam edir

Azərbaycanda iki meşə zolağında, Şamaxı və Yardımlı rayonları ərazisində yanğınlar davam edir.

Rəsmi məlumatlara görə, avqustun 4-də Ağsu rayonunun Gəgəli kəndinin (Bakıdan 153) kilometr qərb) şimal-qərbində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb.

Fövqəladə Hallar Naziliyinin məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.

Nazirlik bildirir ki, yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır. Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib.

Nazirlik bildirir ki, avqustun 5-də günorta saatlarında Ağsunun Gəgəli kəndi tərəfində başlayan yanğının yanğınsöndürənlər və kənd əhalisinin köməkliyi ilə söndürülməsinə nail olunub.

Buna baxmayaraq yanğın Ağsu rayonunun dağlıq ərazisindən Şamaxı rayonu ərazisinə keçib.

Bundan öncə, Azərbaycan yanğınsöndürünləri avqustun 3-də ölkənin Lənkəran rayonu, Moloja kəndi (Bakıdan 272 kilometr cənub) yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğını avqustun 4-də söndürə bilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı 10 hektar sahədə kol-kos, quru ağaclar və qismən ağaclar yanıb.

Avqustun 2-də isə Yardımlı rayonunun Honuba kəndi (Bakıdan 292 kilometr cənub) yaxınlığında meşə zolağında yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təxminən 15 hektar sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanıb və yanğın hələ də davam edir.

Sinoptiklər avqust ayında hava şəraitinin quru və isti olacağını bildirir. Temperaturlar bəzi günlərdə 44 dərəcəyədək qalxacaq.

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.

Regionlarda havanın temperaturu gecə 21-26° isti, gündüz 36-41°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG