Accessibility links

Azərbaycanda metil spirtindən zəhərlənmədən 4 nəfər ölüb


“Martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti” zəhərlənməsi diaqnozu ilə 9 xəstə müraciət edib, onlardan 4-ü ölüb”.

Bu barədə Amerikanın Səsinə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən bildiriblər.

Mətbuat Xidmətindən deyiblər ki, “metil spirti” zəhərlənməsi ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də vətəndaşlara çağırış edib.

“Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur. Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəli və yolverilməzdir. Çünki satışda olan və dezinfeksiya məqsədilə istifadə edilən, tərkibində bir atomlu spirtlər qrupundan etil spirti olan məhlullarda müvafiq farmakopeya məqalələrinin tələblərinə əsasən metil spirtinin - metanolun maksimum 200mkq/ml-ə qədər mövcud olması mümkündür. Metanolun daxilə qəbulu təhlükəlidir, belə ki, 5-10 ml ağır zəhərlənmə və korluq törətməyə qadirdir, 30 ml isə ölümcül ola bilər. Əhalini diqqətli və ehtiyatlı olmağa çağırırıq” - deyə, mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG