Accessibility links

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir


Bakı, Lenin meydanı, 1988-ci il.
Bakı, Lenin meydanı, 1988-ci il.

Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda 19 gün fasiləsiz davam edən etiraz mitinqləri ilə bağlıdır.

Keçmiş SSRİ-nin lideri Mixail Qorbaçovun Qarabağ məsələsi ətrafında apardığı siyasət nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı başlayıb.

1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından kütləvi surətdə qovulub. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törədilib. O zamandan başlayan Dağlıq Qarabağ münaqişəsi yalnız 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun hərbi əməliyyatlarının nəticəsi olaraq noyabrın 10-da razılaşma ilə nəticələnib.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı-Azadlıq meydanında (o vaxt Lenin meydanı adlanırdı) Azərbaycan xalqının etiraz mitinqləri başlayıb. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet Ordusunun qüvvələri və ağır texnikası Azadlıq meydanına yeridilib. Mitinq dağıdılıb və fövqəladə vəziyyət elan edilib.

Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam edib və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağılıb.

Milli Dirçəliş Günü - 17 noyabr 1992-ci ildə bayram günü elan olunub. Lakin 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən 17 noyabr iş günü sayılır.

XS
SM
MD
LG