Accessibility links

Azərbaycanda Novruz bayramı qeyd edilir


Novruz bayramı

Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir. Azərbaycanda yaz fəslinin gəlişi martın 20-də Bakı vaxtı ilə saat 13:37:00-a təsadüf edir.

Novruz bayramı ümumxalq bayramıdır və ölkənin bütün regionlarında qeyd edilir. Novruz bayramı həm də dövlət səviyəsində qeyd edilir. Martın 20-dən 29-dək iş günü deyil.

Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu il Novruz bayramı ilə bağlı kütləvi tədbirlərin, şənliklərin keçirilməsi nəzərdə tutulmayıb. Bayram günlərində ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG