Accessibility links

Azərbaycanda pandemiya dövründə 6 milyondan çox insan elektron imza ilə əməliyyat aparıb


Elektron imza

“COVİD-19” pandemiyası dövründə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Mərkəzi tərəfindən təqdim edilən elektron imzaya tələbat artıb. Bu ilin yanvar-iyun ayları ərzində vətəndaşlara 1244, sahibkarlara 2144, hüquqi şəxslərə isə 1666 e-imza sertifikatı verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təqdim olunan sertifikatların sayında 20 faiz artım qeydə alınıb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, elektron imza əldə etmək üçün müraciət edən dövlət qurumlarına 3375 e-imza sertifikatı verilib. Ümumilikdə cari ilin ilk yarımilliyində 8429 sertifikat təqdim edilib.

Nazirlik bildirir ki, pandemiya dövründə elektron imza ilə aparılan əməliyyatların sayı 6 milyondan (6.102.250) çox olub.

Qeyd edək ki, e-imzanı əldə etmək istəyən dövlət qurumları, sahibkarlar, hüquqi və fiziki şəxslər “e-imza.az” saytına daxil olmaqla onlayn sifariş verə bilirlər.

XS
SM
MD
LG