Accessibility links

Azərbaycanda Qurban bayramı qeyd ediləcək


Qurban bayramı

Azərbaycanda avqustun 11-də və 12-də Qurban bayramı qeyd ediləcək. Bayram günləri iş günü deyil

Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikində deyilir ki, Qurban bayramı özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.

“Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm,” prezidentin təbrikində deyilir.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bu il Həcc ziyarətinə gedən hər bir zəvvar 4285 dollar ödəniş edib.

XS
SM
MD
LG