Accessibility links

Azərbaycanda Qurban bayramı qeyd edilir


Qurban bayramı
Qurban bayramı

2021-ci il iyulun 20-21-də Azərbaycanda Qurban bayramı qeyd edilir. Bu günlər ölkədə qeyri-iş günləridir.

Azərbaycan Prezidenti İlham Əliyevin təbrikində deyilir ki, insanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanların haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir.

“Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi İslam adət-ənənələri və mənəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca tutulmuşdur. İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri kimi Azərbaycan dünya mədəniyyətinə və elmi-fəlsəfi fikrinin inkişafına misilsiz töhfələr bəxş etmişdir,” təbrikdə deyilir.

Hicri-qəməri təqvimlə Qurban bayramı islam təqviminin sonuncu ayı olan zilhiccə ayına təsadüf edir. Həm də bu ayda Həcc ziyarəti yerinə yetirilir, bu ziyarətin tərkib hissəsi kimi qurbanlar kəsilir.

İslam qaydlarına görə, Qurban kəsmək Həcc ziyarətində olan zəvvarlar üçün mütləqdir.

Amma COVİD-19 pandemiyası ilə bağlı rəsmi olaraq bu il də Həcc ziyarəti təşkil olunmayıb.

Bu gün Azərbaycan məscidlərində bayram namazları qılınıb. Son 30 il ərzində ilk dəfə ötən il noyabrın 8-də azad edilmiş Şuşa məscidində bayram namazı qılınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG