Accessibility links

Azərbaycanda sərt karantin dövründə koronavirusa yoluxanların sayı on dəfədən çox azalıb


COVID-19
COVID-19

Yanvarın 2-də Azərbaycanda koronavirus infeksiyasına 421 yeni yoluxma faktı qeydə alınıb, 3 645 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 219 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 191 925 nəfər müalicə olunaraq sağalıb, 2 703 nəfər vəfat edib. Hazırda 24 834 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 287, bu günə qədər isə ümumilikdə, 2 204 226 test aparılıb.

Xatırladaq ki, son iyirmi gündə ölkədə COVID-19-a yoluxanların sayı on dəfədən çox azalıb. Azalma karantin rejimi sərtləşdiriləndən sonraya təsadüf edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri, restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG