Accessibility links

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir


İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.

Silahlı Qüvvələr Günü münasibəti ilə dövlət rəhbərləri təbriklər imzalayıb. Prezident İlham Əliyev bir neçə hərbiçiyə general ali hərbi rütbəsinin verilməsi, hərbçilərin orden və medallarla təltif edilməsi barədə sərəncamlar verib.

Bu gün, Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif park və meydanlarında hərbi orkestrlərin çıxışları olacaq.

101 il öncə, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC, 1918-1920-ci illər) Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin ordusu
Azərbaycan Xalq Cümhuriyyətinin ordusu

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ordu bayramı oktyabrın 9-da (milli ordunun ilk batalyonunun yaradıldığı gün) qeyd olunurdu. 1998-ci ilə qədər belə olub. 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Azərbaycan Silahlı Qüvvələri 1991-ci ildən indiyədək ölkənin BMT tərəfindən taınmış ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Ölkənin silahlı qüvvələri ərazi bürövlüyü uğrunda silahlı münaqişə zamanı minlərlə hərbçisni itirib. Ermənistan-Azərbaycan münaqişəsi hələ də davam edir.

XS
SM
MD
LG