Accessibility links

Azərbaycanda son ayda ilk dəfə koronavirusdan sağalanların sayı yoluxanlardan çox olub


Azərbaycanda son ayda ilk dəfə koronavirusdan sağalanların sayı infeksiyaya yoluxanların sayından çox olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu gün koronavirus infeksiyasına 2 163 yeni yoluxma faktı qeydə alınıb, 2 251 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 32 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 296 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 260 193 nəfər müalicə olunaraq sağalıb, 4 077 nəfər vəfat edib. 32 104 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 478, bu günə qədər isə ümumilikdə 3 082 157 test icra olunub.

Ölkədə yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 1 milyon 299 min 323-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 859 min 338, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 439 min 985 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG