Accessibility links

Azərbaycanda son aylarda koronavirusa yoluxmada ən aşağı göstərici - 44 nəfər yoluxub


Azərbaycanda son sutkada koronavirus infeksiyasına cəmi 44 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 198 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 348 nəfər müalicə olunaraq sağalıb, 3 161 nəfər vəfat edib. Hazırda 2 689 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 567, bu günə qədər isə ümumilikdə 2 45 66 50 test icra olunub.

Xatırladaq ki, bu, son bir neçə ayda ən aşağı yoluxma göstəricisidir. Ötən il dekabrın sonlarında COVİD-19 infeksiyasına yoluxanların sayı 4000-4500 arasında olub.

Azərbaycanda yanvarın 18-dən başlayaraq vaksinasiya başlanılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 min doz vaksin gətirilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG