Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 68 594 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 007 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib, aktiv xəstə sayı 16 702 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 665, ötən müddət ərzində isə ümumilikdə 1 467 842 test aparılıb.
Xatırlama
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.
Nazirlər Kabineti son zamanlar yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib.
Ölkə üzrə təhsil müəssislələrində tədris onlayn qaydada aprılır. Bakı metrosunun fəaliyyəti dayandırılıb.
Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə noyabrın 7-dən noyabrın 23-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində fəaliyyət dayandırılıb. Noyabrın 23-dək bu rayonlarda ictimai nəqliyyatın fəaliyyəti də bütövlükdə dayandırılıb.