Accessibility links

Azərbaycanda son sutkada 144 nəfər koronavirusa yoluxub

Koronavirus
Koronavirus

Fevralın 20-də Azərbaycanda koronavirus infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 147 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 619 nəfər müalicə olunaraq sağalıb, 3 195 nəfər vəfat edib. Hazırda 2 159 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 055, bu günə qədər isə ümumilikdə 2 543 880 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 17-dən 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

This item is part of
XS
SM
MD
LG