Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19-dan ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 337 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 946 nəfər müalicə olunaraq sağalıb, 4988 nəfər vəfat edib, aktiv xəstə sayı 1668 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9046, ötən müddət ərzində isə ümumilikdə 3 876 962 test aparılıb.
Eyni zamanda Operativ Qərargah bildirir ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 696 vaksin vurulub.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 474 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 200 994, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 512 773, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 688 221 təşkil edir.