Accessibility links

Azərbaycanda son sutkada 21 şagird, 12 təhsil işçisi koronavirusa yoluxub


Oktyabrın 14-də məktəblərdə koronavirus statistkası
Oktyabrın 14-də məktəblərdə koronavirus statistkası

Oktyabrən 14-də Azərbaycan məkətblərində 21 şagird, 12 işçi koronavirusa yoluxub.

Bu barədə Azərbaycan Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 15, işçilərin sayı 2 olub. Koronavirus səbəbindən 7 məktəb, 3 sinif distant təhsilə keçirilib.

Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 55, məktəb sayı isə 30 olub.

Xatırladaq ki, ölkədə son günlərdə COVİD-19-a yoluxanların sayı kəskin artıb. Son sutkada 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, oktyabrın 14-də COVID-19-dan 4 nəfər vəfat edib.

Hazırda ölkədə 2 564 nəfər aktiv COVİD-19 xəstəsi var.

Oktyabrın 13-də Sabirabad şəhərinə, bu rayonun Cavad, Türkədi, Qalağayın, Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxışa qadağa tətbiq edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG