Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2206 yeni yoluxma faktı qeydə alınıb, 1578 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 281387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247459 nəfər müalicə olunaraq sağalıb, 3846 nəfər vəfat edib, aktiv xəstə sayı 30082 nəfərdir.
Ölkədə son sutka ərzində 12692, hazırkı dövrədək isə 2990285 test aparılıb.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Operativ Qərargah bildirir ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 1 069488, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 627503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 396985 təşkil edir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.