Accessibility links

Azərbaycanda son sutkada 23 nəfər koronavirusdan ölüb


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 3 614 yeni yoluxma faktı qeydə alınıb, 1 114 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahının avqustun 20-nə olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 380 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 342 256 nəfər müalicə olunaraq sağalıb, 5 231 nəfər vəfat edib, aktiv xəstə sayı 33 431 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 786, ötən müddət ərzində isə ümumilikdə 4 268 668 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

XS
SM
MD
LG