Accessibility links

Azərbaycanda son sutkada 33 nəfər koronavirusdan vəfat edib


Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2500 yoluxma faktı qeydə alınıb, 2243 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 544 min 650 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 505 min 767 nəfər müalicə olunaraq sağalıb, 7 min 241 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 642 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 17, bu günə qədər isə ümumilikdə 5 milyon 271 min 849 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 9 milyon 884 min 608, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 992 min 534, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 426 min 631 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 465 min 443 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG