Accessibility links

Azərbaycanda son sutkada 369 nəfər COVID-19-a yoluxub, 102 nəfər sağalıb


Azərbaycanda koronavirus
Azərbaycanda koronavirus

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, oktyabrın 14-də COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

“İndiyədək ölkədə ümumilikdə 42 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib, aktiv xəstə sayı 2 564 nəfərdir,” məlumatda qeyd edilib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 734, ötən müddət ərzində isə ümumilikdə 1 193 870 test aparılıb.

Oktyabrın 13-də Azərbaycan Nazirlər Kabineti ​Sabirabad şəhərinə, bu rayonun Cavad, Türkədi, Qalağayın, Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxışı dayandırıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG