Accessibility links

Azərbaycanda son sutkada 41 nəfər koronavirusdan ölüb


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 428 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 002 nəfər müalicə olunaraq sağalıb, 5 677 nəfər vəfat edib, aktiv xəstə sayı 53 057 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 102, ötən müddət ərzində isə ümumilikdə 4 481 039 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 689 031, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 043 744, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 645 287 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.

XS
SM
MD
LG