Accessibility links

Azərbaycanda son sutkada 437 nəfər koronavirusa yoluxub


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 331 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 318 502 nəfər müalicə olunaraq sağalıb, 4 828 nəfər vəfat edib, aktiv xəstə sayı 8 147 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 569, ötən müddət ərzində isə ümumilikdə 3 425 183 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 1 milyon 863 min 292-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 54 min 414, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 808 min 878 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG